Əsas məzmuna keç
28 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Jurnalistlərin narazı olduğu mətbuat katibi işdən çıxarıldı

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. 

Yenigun.Media Bizim.media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ildə təyin olunmuşdu.

Xatırladaq ki, P.Abubəkirov media nümayəndələrinin ən çox narazı qaldığı mətbuat katibi idi.