Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb.
Yenigun.Media Bizim.media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ildə təyin olunmuşdu.
Xatırladaq ki, P.Abubəkirov media nümayəndələrinin ən çox narazı qaldığı mətbuat katibi idi.

