Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar sənədinin hazırlanması davam edir. Sənədin bu ilin sonunadək tamamlanması planlaşdırılır.
Yenigun.Media xəbər verir ki, bunu Elm və Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada deyib.
Onun sözlərinə görə, yeni standartlarda vətəndaşlıq ayrıca səriştə kimi müəyyənləşdiriləcək. Mədəniyyətlərarası dialoq, rəqəmsal vətəndaşlıq, bilik, bacarıq, münasibət və dəyərlərin bütün fənlər üzrə inkişaf etdirilməsi nəzərdə tutulur.
Yeni yanaşmanın məktəblərdə tədrisin məzmununa və şagirdlərin bacarıqlarına necə təsir edəcəyi sənədin yekun variantından və tətbiq mexanizmindən asılı ola

