Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələrin müzakirəsi məqsədilə partiyanın ərazi təşkilatlarında keçirilən görüşlər davam edir.
Yenigun.Media xəbər verir ki, bu çərçivədə YAP Mingəçevir şəhər təşkilatının akt zalında 9 saylı ərazi partiya təşkilatının veteran üzvləri ilə görüş keçirilib. Görüşə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev rəhbərlik edib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələr, partiyanın gələcək fəaliyyət istiqamətləri və təşkilati işin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Çıxış edən Mustafa Muradov, Rizvan Mikayıllı, Ağagül Əliyev, Sədaqət Həsənova və Adil Kərimov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətindən danışıblar.
Bildirilib ki, veteran partiya üzvlərinin zəngin təcrübəsindən istifadə olunması, partiyadaxili həmrəyliyin daha da gücləndirilməsi və qurultaydan irəli gələn vəzifələrin icrasında fəal iştirak mühüm əhəmiyyət daşıyır.
Görüşün sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.

