Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Bakıda 46 ölkənin iştirakı ilə korrupsiyaya qarşı mübarizə müzakirə edildi

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib.

Yenigun.Media xəbər verir ki, Report.az-ın məlumatına əsasən, tədbirdə 46 üzv və müşahidəçi dövləti, eləcə də 8 beynəlxalq təşkilatı təmsil edən 250-dən çox iştirakçı bir araya gəlib.

Görüşdə korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, məlumat mübadiləsi, qabaqlayıcı tədbirlər üzrə təcrübənin paylaşılması və korrupsiya yolu ilə əldə edilmiş aktivlərin geri qaytarılması məsələləri müzakirə olunub.

Tədbirin əsas nəticələrindən biri Azərbaycanın Baş Prokurorluğunun müvafiq büroya iki il müddətinə yekdilliklə üzv seçilməsi olub.

Bundan başqa, korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlığı nəzərdə tutan Məkkə Konvensiyasının imzalanması da diqqət çəkib.