Milli Məclisdə insan hüquqları üzrə yeni müvəkkilin seçilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Yenigun.Media xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” məsələ daxil edilib.
Hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevadır. Ombudsman vətəndaşların pozulmuş hüquqlarının müdafiəsi, dövlət orqanları və vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin araşdırılması istiqamətində fəaliyyət göstərir.
Yeni ombudsmanın seçilməsi ilə bağlı prosedurun növbəti mərhələsi parlamentdəki müzakirələrdən sonra aydınlaşacaq.

