Qax rayonunda bir neçə fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Yenigun.Media xəbər verir ki, rayon ərazisində yerləşən evlərin birindən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib.
Yenigun.Media

