Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

BAKI-ABŞERON AŞIQLARININ YARADICILIĞINA BİR BAXIŞ

Azərbaycan aşıq sənəti — şifahi ənənəli Azərbaycanmusiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıqsənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi,poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləriüzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrlarına qoşma,gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı,qoşmanın təcnis, cığalı təcnis növləri də daxildir.

Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuşÜzeyir Hacıbəyli “aşıq” sözünü “eşq”sözü (ərəbcə) iləbağlayır. Professor M.Təhmasib aşığı hazırda az işlənən vəqədim türk söz kökü olan «aş»dan törədiyini qeyd edir.Əslində isə “aş” kökündən düzəldilən “aşılamaq” feli bugün də işlənir. Güman olunur ki, “aş” kökü “mahnı” yaxud“nəğmə” mənasında da işlənib, çünki “aşulamaq“ —“oxumaq” deməkdir. Hazırda özbək dilində “aşulaçi“ —“mahnı oxuyan, müğənni” deməkdir.

Məlumdur ki, “varsaq” sözü “aşıq şeiri“ yaxud “aşıqmahnısı (havası)” mənasını bildirir. Ehtimal olunur ki, “aş-u-la“ yaxud “aş-ı-la“ – “aş” kökündən törəyərək,Azərbaycan dili qanunlarına görə “-ıq“ şəkilçisi ilə birləşibfəxri ad-ünvan şəklini almışdı. Fəxri ad (ünvan) kimi “Aşıq”artıq XII əsrdən məlumdur və ilk dəfə bu ada türk sufiliyinintəməl daşını qoyan şair Əhməd əl-Yasəvinin yaradıcılığındarast gəlinir.

Öz şəxsiyyətində musiqiçi (çalğıçı və müğənni),dastançı (nağılçı), şair və söz ustası (aktyor və quruluşçurecissor) sənətlərini toplu halında birləşdirən Azərbaycanaşıqları ən qədim xalq-peşəkar musiqi ənənələrinin öncüldaşıyıcılarından sayılırlar.

Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan vəyüzilliklər boyu keçilən inkişaf yolunun məntiqiməhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənətidaşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çoxbaşqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlartarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqıntarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrikməsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxışetmişlər.

        Aşıq sənəti X-XII əsrlərdə formalaşmağabaşlamışdır.  Aşıq sənəti kiçik bir tamaşadır, burada musiqi,saz və müəllif-aşıq vəhdət təşkil edir. Aşıq sənətinə qədimepik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu,məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq şeir yazır,musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir.Onu çox vaxt balaban və nəfəsli alətlər ansamblı damüşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Sazqədim Azərbaycan dartımlı-simli musiqi alətidir. İlk dəfəaşıq musiqisinin xüsusiyyətlərindən bəstəkar ÜzeyirHacıbəyli “Koroğlu” operasında istifadə etmişdir. Aşıqsənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında,həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusiləvüsət  tapmışdır.

Azərbaycanın peşəkar aşıqları iki qismə bölünür: ifaçıaşıqlar və şair aşıqlar. İfaçı aşıqlar poetik yaradıcılıqlaməşğul olmurlar. Şair aşıqlar dastançı fəaliyyəti ilə yanaşıfərdi poetik yaradıcılıqla da məşğul olurlar.  Azərbaycan ədəbiyyatına güclü təsir göstərmiş aşıqlardan Qurbanini(XVI əsr), Aşıq Abbas Tufarqanlını (XVII əsr), Aşıq Valehi(XVIII əsr), Aşıq Ələsgəri (1826-1926), Aşıq HüseynBozalqanlını göstərmək olar. Peşəkar aşıqlar arasındatanınmış qadın aşıqlar da vardır: Aşıq Pəri (XIX əsr), AşıqHəmayıl (XIX əsr), Aşıq Bəsti, Aşıq Dilşad (ХХ əsr) vəbaşqaları. Aşıq Bəsti xüsusilə məşhur olmuşdur. Onun çoxluşagirdləri və ardıcılı olmuşdur. Qədimdə aşıqlar tək-tək vəya sazandalarla birlikdə səfərə çıxır, şəhər və kəndləridolaşır, toylarda, el şənliklərində çıxış edirlər.

XX yüzilliyin sonrakı mərhələlərində Şuşada olduğu kimi, Bakıda da muğam sənəti daha çox inkişaf etmiş, aşıq sənəti isə nisbətən arxa plana keçmişdir.

Aşıqlar Birliyinin sədri, filologiya üzrə elmlər doktoru,professor Məhərrəm Qasımlının sözləri ilə desək:  “Bakıdamüxtəlif illərdə xeyli sayda aşıq fəaliyyət göstərib. Ötənəsrin 30-cu illərində “Koroğlu” dastanının bir çox qollarıməhz Bakı aşıqlarının dilindən qələmə alınıb”.

XIX əsrdə Bakıda aşıq sənətinin inkişafında bülbüləliAşıq Cavadın və masazırlı Aşıq Həsənin xidmətləri böyükolub. Xatırladaq ki, Aşıq Həsən böyük şairimiz ƏliağaVahidin babasıdır. XIX əsr Azərbaycan ədəbiyyatında həriki el aşığının Bakı qəzasında, xüsusən Abşeron kəndlərindəbir aşıq kimi şöhrət qazanması barədə məlumatlar var. Qeydedim ki, el-obaya bağlı olan bu aşıqların yaradıcılığı digərsöz ustadlarından da fərqlənmişdir. Salman Mümtazın 1935-ci ildə nəşr olunan “El şairləri” kitabında XIX əsrAzərbaycan aşıqlarının yaradıcılığı haqqında müxtəlifqaynaqlar toplanıb. Burada ustad sənətkarlarla yanaşı, AşıqHəsənin “Yoxdur” qoşması da oxucuların diqqətinəçatdırılıb.

Mərhum folklorşünas alim Əhliman Axundov da XIXəsr aşıqları içərisində Aşıq Həsənin adını xüsusi qeyd edib.Aşıq Həsən çox səmimi və lirik qoşmalar müəllifi kimitanınırdı. Aşıq həm də yazdığı qoşmaların çoxunusevgilisinə həsr etmişdir. Deyilənə görə, Aşıq HəsənGəncədə Leyli adlı qıza aşiq olsa da, atası onu başqasına ərəverib. Bu uğursuz məhəbbətin yanğısı sonradan Aşıq Həsənyaradıcılığının əsasını təşkil edərək yazdığı qoşmalarda özəksini tapmışdır.

Əhliman Axundov “XIX əsrdə yetişmiş görkəmliaşıqlar” adlı elmi məqaləsində Aşıq Həsən yaradıcılığındansöhbət açarkən bildirirdi ki, “aşığın şeirlərində təkcə özsevgilisinin zorla qaçırılması təsvir edilmir, burada həm dəonun dövründə qadına olan münasibətə qarşı etiraz vardır.Bu qoşmalarda qadınların hüquqsuz yaşadığı, azad sevginintapdandığı göstərilmişdir. Aşıq Həsənin şeirlərində “AşıqQərib” dastanının və nisbətən “Koroğlu” qoşmalarının təsirihiss edilməkdədir.

Abşeronlu aşıqlardan biri də XIX əsrin sonu, XX əsrinəvvəllərində söz, saz sərrafı kimi tanınan, Bakıda yaşayıb-yaradan Aşıq Talıbdır. Onun haqqında Əli- hüseyn Dağlı(1898-1981) “Ozan Qaravəli” adlı əsərinin III hissəsinin“İzahat” başlıqlı məqaləsində məlumat verir .Həmin əsərinV hissəsində isə, o, Bakıda daha çox sazın cürə növündənistifadə edildiyini bildirir.

M.Qasımlı söyləyir ki, tanınmış qarmonçalan Kor Əhəd(Əhəd Fərzəli oğlu Əliyev, 1893-1942) toylarda həm dəgözəl saz çalırmış, şirin avazla aşıq havalarını oxuyarmış.Onun sazın virtuoz ifaçısı olduğunu tarixçi, musiqitədqiqatçısı Firudin Şuşinski (1925-1997) də əsərlərindəyazır.

Maştağalı Aşıq Cahangirin dilindən “Koroğlu vəAypara” dastanı 1936-cı ildə qələmə alınıb və Nizami adınaƏdəbiyyat İnstitutunun arxivində 497 nömrəli qovluqdasaxlanır .

ZabratlıAşıq Əliş Səmədoğlunun dilindən “Koroğlu vəBəylər” dastanı 1937-ci ildə qələmə alınıb və Nizami adınaƏdəbiyyat İnstitutunun arxivində 721 nömrəli qovluqdasaxlanır.Bakılı Bəşir Əsədoğlunun dilindən “Koroğlu vəXonxar” dastanı 1936-cı ildə qələmə alınıb və Nizami adınaƏdəbiyyat İnstitutunun arxivində 721 nömrəli qovluqdasaxlanır .

Bakılı Əli Yoldaşoğlunun dilindən “Koroğluynan Ədilpaşa” dastanı 1938-ci ildə qələmə alınıb və Nizami adınaƏdəbiyyat İnstitutunun arxivində 721 nömrəli qovluqdasaxlanır (25, s. 393). Qobulu Məliksoltan Əhmədoğlunundilindən “Koroğluynan Nigarın nağılı” dastanı 1938-ci ildəqələmə alınıb və Nizami adına Ədəbiyyat İnstitutununarxivində 510 nömrəli qovluqda saxlanır (Əhmədli kəndsakini Hüseynulla İbrahimoğlunun dilindən “Məsum”dastanı 1955-ci ildə qələmə alınıb.Bakılı Muxtar Əlioğlunundilindən “Təhmuraz” dastanı 1938-ci ildə qələmə alınıb.Bakılı Hümbət Əlioğlunun dilindən “Tahir və Zöhrə”dastanı 1955-ci ildə qələmə alınıb.

 Abşeron aşıqlarından biri də Aşıq Cavaddır. Tədqiqatçıalim Əhliman Axundov el aşığı haqqında belə yazıb: “AşıqCavad təqribən keçən əsrin 40-cı illərində 70 yaşında ikənvəfat etmişdir. O, XIX əsrin birinci yarısında bayatı vəqoşmaları ilə Abşeron kəndləri arasında sənətkar aşıq kimişöhrət qazanmışdı. Deyilənlərə görə, Abşeronda keçirilənbütün toylarda, şənlik məclislərində iştirak edirmiş. Onunbayatı və qoşmalarından hələ də hafizələrdə yaşayanlarıvarsa da, vaxtında toplanmadığından əksəri unudulmuşdu”.

O, daha sonra Aşıq Cavad yaradıcılığını təhlil edərəkustad sənətkarın nəsihətamiz şeirlərində Xəstə Qasımıntəsirinin olduğunu da bildirmişdir.

XIX əsrdə Bakının Bülbülə kəndində doğulan AşıqCavad 18 yaşında ikən el aşığı kimi tanınmışdı.

Sovet dövründə Aşıq Cavadın evinin guya təsadüfənyanğın nəticəsində məhv olması qeyd  edilsə də, müstəqillikdövründə əsl həqiqət məlum olub.

1918-ci ilin martında Bakıda ermənilər tərəfindənqırğınlar törədilmişdi. Onlar dinc şəhər sakinlərini qətləyetirərək talanlar edirdilər. Həmin təlatümlü mart günlərindəBülbülə kəndinə hücum edən ermənilər kənddə evləri qarətetməklə yanaşı, dinc əhalini də vəhşicəsinə öldürürdülər.Aşıq Cavadla fəxr edən qohum-əqrəbası soyqırımıgünlərində onun şəxsi əşyalarını, əlyazmalarını atamülkündə qoyaraq yalnız canlarının hayına qalıblar. Min birəziyyətlə qorunub saxlanılan Aşıq Cavadın söz xəzinəsi,qiymətli əlyazmalar həmin vaxt xain ermənilər tərəfindənyandırılaraq məhv edilib. Salamat qalanları bir yerətoplayan yaxın qohum-əqrəba sonradan 37-ci ilinrepressiyası ilə qarşılaşıb. O zaman Aşıq Cavadın varisləribərk qorxuya düşüblər. Qohum-qonşuda “kulak“, “xalqdüşməni” adı ilə həbs olunanların sayı artdıqca, AşıqCavadın nəvələri narahat günlər yaşayıb. İllərlə əzizlənibsaxlanılan əlyazmalar o günlərdə qorxuya düşən yaxınqohumlar tərəfindən tövlədə tonqala atılaraq yandırılıb.

Bülbülə kəndində yaşayan Aşıq Cavad nəslinin nümayəndəsi Cavad Səlimov ötən əsrin 50-60-cı illərində folklorşünas alimlərin, radio əməkdaşlarının aşığın yaradıcılığı ilə bağlı kəndə gəldiyini xüsusən xatırlayır. O, söhbət zamanı aşığın 8 övladının olduğunu da bildirir. Belə ki, 4 qız və 4 oğul atası olan Aşıq Cavadın nəslinin nümayəndələri indi el aşığının sənətini davam etdirə bilməsələr də, ölməz ustad sənətkarla fəxr edirlər. Qeyd edim ki, 1997-ci ildə Aşıq Cavad nəslinin nümayəndəsi Salman Səlimzadənin ustada həsr etdiyi “Aşıq Cavad” poeması da işıq üzü görüb.

Sovet dövründə nəşr olunan ədəbiyyat dərsliklərində“XIX əsr Azərbaycan ədəbiyyatı” bölməsində Aşıq Cavadın, Aşıq Həsənin adları xatırlansa da, bu gün hansı səbəbdənsə unudulub. Təəssüf ki, uzun illər keçdikdən sonra folklorşünas alimlərimiz tərəfindən Abşeron aşıqları ilə bağlı tədqiqatlar davam etdirilməmiş, nəticədə onların yaradıcılığı haqqında son məlumatlar ictimaiyyətə çatdırılmamışdır.

Bakıda bütün dövrlərdə aşıq sənətini təbliğ edən,yaşadan aşıqlar olub. Sadəcə Abşeronda yaşamış aşıqlarınyaradıcılığı professor Məhərrəm Qasımlı, professor Abasqulu Nəcəfzadə və tarixçi Təranə Cəbiyeva tərəfindən araşdırılıb. Buna baxmayaraq, bu mövzu ətrafında dərindənelmi tədqiqat işi aparılsa, Abşeronda xeyli aşığın fəaliyyətgöstərdiyi bəlli olacaq.