Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Səudiyyə Ərəbistanı və Suriya arasında müdafiə sazişi imzalandı

Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan saziş imzalayıb.

Yenigun.Media xarici mediaya istinadən xəbər verir ki, bu barədə noyabrın 4-də Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA məlumat yayıb.

Məlumata görə, sənəd iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Razılaşmanın imzalanması Səudiyyə Ərəbistanı ilə Suriya arasında münasibətlərin inkişafı istiqamətində atılan addım kimi qiymətləndirilir.

Sazişin konkret müddəaları, əməkdaşlığın əhatə dairəsi və icra mexanizmləri barədə isə hələlik ətraflı məlumat açıqlanmayıb.

Razılaşma Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin mürəkkəb olduğu, Səudiyyə Ərəbistanının isə regional təhdidlərlə bağlı narahatlığının artdığı bir dövrə təsadüf edir.