Avropanın bir sıra ölkələrində təyyarələrə ünvanlanan bomba təhdidləri hava nəqliyyatında ciddi narahatlıq yaradıb.
Yenigun.Media xəbər verir ki, noyabrın 6-da yayılan məlumatlara əsasən, Avropada bomba təhdidinə məruz qalan təyyarələrin sayı 21-ə çatıb.
Hadisələr nəticəsində bəzi reyslər istiqamətini dəyişməli, təyyarələr təcili eniş etməli və hava limanlarında təhlükəsizlik yoxlamaları aparılmalı olub.
Helsinki-Roma istiqamətində uçan Finnair təyyarəsi də təhlükəsizlik tədbirləri çərçivəsində hərbi təyyarələrin müşayiəti ilə eniş edib. Dublin-Roma reysi isə Fransadakı hərbi aerodroma yönləndirilib.
Aparılan yoxlamalar zamanı bir sıra təyyarələrdə təhlükəli əşya aşkarlanmayıb.
Hadisələrin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

