Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Alternativ enerji sahəsində 100 manatlıq dövlət rüsumu ləğv edilir

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun ləğvi təklif olunur.

Yenigun.Media xəbər verir ki, bu dəyişiklik noyabrın 6-da açıqlanan və 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilən qanun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilir.

Təklif olunan dəyişiklik qəbul edilərsə, sahibkarlar bu fəaliyyət növü üzrə xüsusi icazə alarkən həmin ödənişdən azad olunacaqlar.

Bu addımın bərpa olunan enerji sektorunda sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına və investisiya imkanlarının genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.