Azərbaycanla Çin arasında iqtisadi əlaqələrdə artım qeydə alınıb.
Yenigun.Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çatıb.
Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da keçirilən brifinqdə məlumat verib.
Səfir bildirib ki, Çin Azərbaycan bazarına idxal olunan malların ən böyük tədarükçüsü mövqeyini qoruyub saxlayır.
Qeyd edək ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi münasibətlər ticarət, investisiya, nəqliyyat və digər istiqamətləri əhatə edir.

