Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfindən ölkəsi üçün əvvəlki razılaşmalar çərçivəsində nəzərdə tutulan 16 milyard dollarlıq yardımın dayandırıldığını açıqlayıb.
Yenigun.Media xəbər verir ki, Zelenski bu barədə TSN telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Kiyev əvvəlki razılaşmalar və qəbul edilmiş qərarlar çərçivəsində nəzərdə tutulan vəsaitin ayrılması üçün mübarizə aparmalı olacaq.
Ukrayna Prezidenti ABŞ-nin göstərdiyi dəstəyə görə minnətdar olduqlarını, lakin dayandırılmış maliyyənin əldə olunması istiqamətində Vaşinqtonla danışıqları davam etdirəcəklərini bildirib.
Zelenski ABŞ-də siyasi qüvvələrin yenidən bölüşdürülməsi fonunda həm demokratlarla, həm də respublikaçılarla düzgün dialoqun qurulmasının vacibliyini vurğulayıb.

