Azərbaycanda polis əməkdaşları tərəfindən noyabrın 11-də keçirilən əməliyyatlar nəticəsində 46 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Yenigun.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Bundan başqa, axtarışda olan ümumilikdə 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 131 nəfər borclu şəxs qismində axtarışda olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 12 fakt müəyyən edilib.
Qeyd edək ki, hesabat dövründə cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

