Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Üç nəhəng klub bir müdafiəçi üçün rəqabət aparır

Belçikanın “Union” klubunun futbolçusu Massire Silla Türkiyə nəhənglərinin diqqətini cəlb edib.

Yenigun.Media Belçika mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” 21 yaşlı seneqallı mərkəz müdafiəçisinin çıxışını izləyir.

Bildirilib ki, İstanbul komandaları futbolçunun vəziyyətini yaxından izləyirlər. Silla ilə İtaliyanın “Milan” klubu da maraqlanır.

Qeyd edək ki, “Union” Massire Sillanı 2026-cı ilin yanvarında Norveçin “Lün” klubundan transfer edib. Belçika təmsilçisi müdafiəçi ilə müqaviləni 2031-ci ilin iyununadək uzadıb.