Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Dörd ölkədən İsrailə Qəzza ilə bağlı TƏCİLİ ÇAĞIRIŞ

Avstraliya, Kanada, İtaliya və Böyük Britaniya İsraili Qəzza zolağına humanitar yardımların çatdırılmasına maneələri aradan qaldırmağa çağırıb.

Yenigun.Media xarici KİV-ə istinadən xəbər verir ki, dörd ölkənin xarici işlər nazirləri birgə bəyanat yayaraq Qəzzada qışın yaxınlaşması ilə humanitar vəziyyətin daha da ağırlaşdığına diqqət çəkiblər.

Nazirlər İsraildən 150 min çadırın və digər zəruri humanitar ləvazimatların bölgəyə təcili çatdırılmasına icazə verməsini tələb ediblər.

Bəyanatda humanitar yardımın gecikdirilməsinin mülki əhalinin vəziyyətini daha da çətinləşdirdiyi vurğulanıb.