Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

ABŞ və Rusiya süni intellektlə idarə olunan ölümcül silahların məhdudlaşdırılmasına qarşı çıxır

Birləşmiş Ştatlar və Rusiya ölümcül avtonom silah sistemlərinin beynəlxalq səviyyədə hüquqi məhdudlaşdırılması ilə bağlı danışıqlara qarşı mövqe sərgiləyirlər.

Yenigun.Media Reuters-ə istinadən xəbər verir ki, Cenevrədə BMT çərçivəsində keçirilən görüşdə insan müdaxiləsi olmadan hədəf seçib hücum edə bilən silah sistemlərinin tənzimlənməsi müzakirə olunur.

128 dövlətin iştirak etdiyi müvafiq konvensiya çərçivəsində ölkələrin əksəriyyəti hüquqi qüvvəyə malik razılaşmanın hazırlanmasını dəstəkləyir.

Lakin ABŞ, Rusiya və İsrail mövcud beynəlxalq humanitar hüququn bu sahə üçün kifayət etdiyini bildirərək məcburi qaydaların tətbiqinə qarşı çıxırlar.

Mütəxəssislər belə silahların səhv qərarlar verərək insan həyatı üçün ciddi təhlükə yarada biləcəyini vurğulayırlar.