Estoniya dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib.
Yenigun.Media xarici KİV-ə istinadən xəbər verir ki, qərar Estoniyanın müdafiə sənayesi müəssisəsinə qarşı mümkün sabotaj cəhdinin qarşısının alınmasından sonra açıqlanıb.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sərhəd-keçid məntəqələrinin bağlanacağını bildirib.
Qərarın iki ölkə arasında onsuz da gərgin olan münasibətlərə yeni təsir göstərəcəyi gözlənilir.

