Çin ABŞ və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi barədə məlumat yayıb.
Yenigun.Media xarici KİV-ə istinadən xəbər verir ki, Çin tərəfi Si Cinpin, Donald Tramp və Vladimir Putinin iştirakı ilə mümkün üçtərəfli görüş məsələsini təsdiqləyib.
Məlumat APEC sammiti ərəfəsində beynəlxalq siyasi gündəmdə diqqət çəkib.
ABŞ, Çin və Rusiya arasında yüksək səviyyəli təmasların hansı məsələləri əhatə edəcəyi xüsusi maraq doğurur. Gözlənilən müzakirələrin beynəlxalq təhlükəsizlik, iqtisadi münasibətlər və böyük dövlətlər arasındakı siyasi münasibətlər baxımından əhəmiyyətli olacağı bildirilir.

