Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanda özəl investisiyalar 18 faiz artıb – Nazir yeni iqtisadi hədəfləri açıqladı

Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici qüvvəsi özəl sektor və özəl investisiyalar olacaq.

Yenigun.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında qeyri-neft-qaz sektoruna özəl investisiyalar 18 faizədək artıb.

Mikayıl Cabbarov qeyd edib ki, dövlətin iqtisadiyyatda rolu birbaşa investor olmaqdan daha çox, sahibkarlıq üçün əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş mövqeyinə doğru dəyişir.

O, dövlət satınalmalarının yerli istehsalın inkişafına yönəldilməsinin vacibliyini də vurğulayıb. Xüsusilə əczaçılıq və rəqəmsal həllər sahəsində yerli istehsalın genişləndirilməsi prioritetlər sırasındadır.

Nazir bildirib ki, hökumət iri dövlət satınalmalarının müəyyən hissəsinin ölkə daxilində istehsal olunması istiqamətində mexanizm üzərində işləyir.