Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Avtobus sürücülərinin diqqətinə – Foto

Avtobuslar üçün yeni quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları məlum olub.

Yenigun.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat paylaşıb. Bildirilib ki, paytaxtda ilk dəfə quraşdırılacaq avtobus svetoforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir.

Yeni svetoforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bu fotoməlumat vasitəsilə avtobus sürücüləri yeni svetoforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər.

Gülşən Rəsul