Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Pirşağıda yol çökdü: AAYDA müraciətlərə niyə baxmır? – Şikayət

Paytaxtın Pirşağı qəsəbəsində yolda yaranan çöküntü sürücülər üçün təhlükəyə çevrilib. Bir gün ərzində çöküntüyə düşən üç avtomobilə ziyan dəyib.

Yenigun.Media xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən sakinlərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur.

Sürücülər, sakinlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) dəfələrlə müraciət də ediblər. Lakin ərazidə heç bir təmir işləri aparılmayıb, heç xəbərdaredici nişanlar da quraşdırılmayıb.

Məlumata görə, avtomobillərdən birinin alt hissəsi ciddi zədələnib və onu ərazidən çıxarmaq üçün evakuator çağırılıb. Digər iki avtomobildən birinin karteri cırılıb, digərinin isə diski əyilib.

Sakinlər AAYDA-dan problemi təcili aradan qaldırmasını, yolun təmir edilməsini və təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.