Bərdə rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticəsi açıqlanıb.
Yenigun.Media xəbər verir ki, söhbət Bərdə şəhərində mənzil fondunun əsaslı təmir işlərindən gedir.
Belə ki, tenderin qalibi olan “AVTOYOLTIKINTISERVIS” MMC işlərin görülməsi ilə bağlı öhdəlik götürüb. Həmin işlərin görülməsinə görə isə Bərdə İcra Hakimiyyətindən 243 min 513 manat ödəniş alacaq.
Qeyd edək ki, ötən həftə Bərdə İcra Hakimiyyəti keçirdiyi üç tenderi də sözügedən şirkətə verib. İcra başçsı Vidadi İsayevin “AVTOYOLTIKINTISERVIS” MMC-də hansı maraqlarının olduğu bizə məlum deyil. Lakin müşahidə edilən hal odur ki, sözügedən şirkət İcra Hakimiyyətinin “gözünün işığı”na çevrilib.

