ABŞ administrasiyası İranla iqtisadi əlaqələr saxlayan ölkələrə qarşı sanksiyaların genişləndirilə biləcəyini açıqlayıb.
Yenigun.Media xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranın qlobal maliyyə əlaqələrinə təzyiqi artırmaq niyyətindədir. Bununla belə, administrasiya hələlik yeni sanksiyaları tətbiq etməyib və digər ölkələrə İranla iqtisadi münasibətlərini nəzərdən keçirmək üçün xəbərdarlıq edib.
Reuters yazır ki, Vaşinqtonun bu addımı İranla müharibənin altıncı ayına yaxınlaşdığı bir vaxtda regionda iqtisadi və siyasi təzyiqlərin daha da artmasına səbəb ola bilər.

