Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

ABŞ məhkəməsi FTB qərargahı ilə bağlı Tramp administrasiyasının planını dayandırıb

Məhkəmə FTB-nin yeni qərargahının Merilendə köçürülməsi planının ləğv edilməsini qanunsuz sayıb.

Yenigun.Media xəbər verir ki, ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının FTB-nin yeni qərargahının Merilend ştatındakı Qrinbelt ərazisinə köçürülməsi planını ləğv etmək qərarının qarşısını alıb.

Hakim Teodor Çuanq administrasiyanın əvvəlki qərarı dəyişmək və Konqres tərəfindən ayrılmış vəsaitləri başqa istiqamətə yönəltmək səlahiyyətinin olmadığını bildirib. 

Bundan əvvəl Bayden administrasiyası FTB-nin yeni qərargahı üçün Qrinbelt ərazisini seçmişdi. Tramp administrasiyası isə bu qərarı dəyişərək yeni qərargahın Vaşinqtondakı Ronald Reyqan binasında yerləşdirilməsini təklif etmişdi.

Məhkəmənin qərarı Merilend ştatının administrasiyaya qarşı iddiasından sonra qəbul edilib. FTB isə qərarın siyasi motivli olduğunu bildirib.

Yenigun.Media