Əsas məzmuna keç
18 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir

YENİGÜN.MEDİAREKLAM728 × 90

Donald Tramp administrasiyası Kubaya qarşı strategiyasını ölkə rəhbərliyini dəyişdirmək üçün hərbi gücdən istifadə etmək əvəzinə, sanksiyaların artırılmasına və iqtisadi təzyiqə yönəldib.

Yenigun.media “Bloomberg” agentliyinə istinadən məlumatına görə, Vaşinqton əvvəllər ABŞ-nin dəyişiklik tələblərini rədd edən ölkə rəhbərliyi ilə danışıqlar üçün şərait yaratmaq məqsədilə Kuba hökumətinin gəlir mənbələrini kəsmək və daxili münaqişələri daha da şiddətləndirmək niyyətindədir.

Pentaqon rəhbəri Pit Heqset daha əvvəl bildirib ki, ABŞ administrasiyası hərbi tədbirlər də daxil olmaqla, Kubaya qarşı əlavə tədbirlər üçün bütün variantları nəzərdən keçirir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90