ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində diplomatik təmasların bərpası gündəmə gəlib.
Yenigun.Media xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İranın təhlükəsizlik rəsmisi Möhsün Rzai ilə üzbəüz görüş keçirməsi ehtimalı müzakirə olunur.
“Wall Street Journal”ın məlumatına görə, Prezident Donald Tramp Vensə İranla danışıqların yenidən başlanması istiqamətində səlahiyyət verib. Hazırda mümkün görüşlə bağlı müzakirələr ilkin mərhələdədir.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində gərginlik Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və regiondakı hərbi qarşıdurmalar fonunda daha da artıb.
Diplomatik təmasların bərpası regionda yeni siyasi proseslərin başlanmasına səbəb ola bilər.

