Əsas məzmuna keç
17 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Hadisə

Abşeron rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb

YENİGÜN.MEDİAREKLAM728 × 90

Abşeron rayonu ərazisində yerləşən 4 yarımtikilidən 2000 manat dəyərində elektrik naqili, məişət əşyaları, 1 avtomobildən isə səsgücləndirici və digər avadanlıqlar oğurlanıb.

Bu barədə Yenigun.media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı C.Abbasov saxlanılıb. Araşdırmalarla onun oğurladığı avadanlıqları satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90