Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” Publik Hüquqi Şəxsi tədris binalarının yenidən qurulması və infrastrukturun modernləşdirilməsi məqsədilə keçirdiyi böyükhəcmli satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, ali təhsil müəssisəsinin elan etdiyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun əsaslı təmir işlərinin satın alınması üzrə tenderin qalibi “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Tərəflər arasında bağlanması nəzərdə tutulan satınalma müqaviləsinin ümumi məbləği 23.363.670,48 AZN (23 milyon 363 min manatdan çox) təşkil edir. Müsabiqə çərçivəsində ADNSU-nun 2-ci tədris korpusunun fasad, daxili məkanlar, mühəndis-kommunikasiya xətləri və təhsil infrastrukturu daxil olmaqla tam əsaslı yenidən qurulması işləri həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbəri rektor Rüfət Əzizovdur.

