Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Alibaba süni intellektə görə 10 milyard dollarlıq səhm satışına başlayır

YENİGÜN.MEDİAREKLAM728 × 90

Çinin nəhəng texnologiya şirkəti Alibaba süni intellekt sahəsində investisiyalarını genişləndirmək üçün təxminən 10 milyard dollar həcmində səhm satışı həyata keçirir.

Yenigun.Media xəbər verir ki, Reuters-in məlumatına görə, şirkət Honq-Konqda rekord həcmdə səhm yerləşdirməsi həyata keçirərək əldə olunan vəsaiti süni intellekt layihələrinin maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır.

Alibaba 710 milyon yeni səhm buraxaraq hər birini 112,70 Honq-Konq dollarına yerləşdirib. Şirkətin bu addımı süni intellekt infrastrukturuna və yeni texnologiyalara böyük həcmdə sərmayə qoymaq strategiyasının bir hissəsidir.

Şirkətin süni intellekt xərclərinin artması son maliyyə nəticələrinə də təsir göstərib. Reuters bildirir ki, Alibaba-nın son rübdə xalis mənfəəti əvvəlki illə müqayisədə 75 faiz azalıb.

Bununla belə, şirkət süni intellekt və bulud texnologiyalarına yatırımları uzunmüddətli böyümənin əsas istiqamətlərindən biri hesab edir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600