Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“ASAN xidmət” modeli daha iki ölkədə tətbiq oluna bilər – memorandumlar imzalandı

Azərbaycanın “ASAN xidmət” modelinin beynəlxalq miqyasda yayılması istiqamətində daha bir addım atılıb. Cibuti və Şri-Lankada dövlət xidmətlərinin təşkili sahəsində əməkdaşlığa dair memorandumlar imzalanıb.

Yenigun.Media xəbər verir ki, sənədlər BMT İdarəetmə İnnovasiyaları Sammiti çərçivəsində imzalanıb.

Memorandumlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Cibuti Respublikasının Rəsmiləşdirmə və Sosial Müdafiə üzrə Əmək Nazirliyi, BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası, eləcə də Şri-Lankanın Dövlət İdarəçiliyi, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında əməkdaşlığı nəzərdə tutur.

Sənədlər Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə imzalanmaq üçün təqdim edilib.

Qeyd edək ki, Azərbaycan “ASAN xidmət” təcrübəsini indiyədək 50-dən çox ölkə ilə bölüşüb. Yeni memorandumlar bu modelin beynəlxalq əməkdaşlıq çərçivəsində daha geniş tanıdılması üçün əlavə imkanlar yaradır.