Avqustun 17-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 43 yeni, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyindən Yenigun.Media-ya verilən məlumata görə,həmin gün axtarışda olan ümumilikdə 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 77-si borclu şəxs qismində axtarışda olub.
Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 1 fakt müəyyən edilib.
Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

