Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirdi – 113 şəxs və qurum hədəfə alındı

Avropa İttifaqı Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədilə yeni sanksiyalar paketi qəbul edib.

Yenigun.Media xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Şurasının qərarı ilə 12 fiziki şəxs və 101 hüquqi şəxs olmaqla ümumilikdə 113 şəxs və qurum sanksiya siyahısına daxil edilib.

Yeni məhdudiyyətlərə təxminən 50 Rusiya bankı və maliyyə institutu da daxildir.

Sanksiyalar Rusiyanın neft və enerji sektorunda fəaliyyət göstərən şirkətlərini, eləcə də Rusiya neftinin daşınmasında iştirak edən və “kölgə donanması” ilə əlaqələndirilən müəssisələri əhatə edir.

Siyahıya Rusiyanın iri elektron ticarət şirkətləri ilə əlaqəli şəxslər və biznes subyektləri də daxil edilib.

Qərara əsasən, sanksiyaya məruz qalan şəxslərin Avropa İttifaqındakı aktivləri dondurulacaq, onlara maliyyə və iqtisadi resursların təqdim edilməsi qadağan olunacaq. Fiziki şəxslərə isə Aİ-yə səfər məhdudiyyəti tətbiq ediləcək.