Milli Məclisin deputatı Vüqar İskəndərov Avropada enerji infrastrukturu ilə bağlı dəyişən yanaşmaları şərh edib.
Yenigun.Media -nın məlumatına görə, deputat bildirib ki, Litva Rusiya və Belarus yaxınlığında yeni yarımstansiyanı dron hücumlarına davamlı şəkildə tikir.
“Avropada enerji təhlükəsizliyi iqtisadi siyasətdən müdafiə siyasətinə keçir. Elektrik şəbəkəsi, boru kəməri, liman və data mərkəzi artıq yalnız infrastruktur deyil, milli təhlükəsizlik obyektidir”, – deyə Vüqar İskəndərov qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycanın Avropanın enerji sistemində rolu genişləndikcə bu yanaşma Azərbaycanın enerji və kommunikasiya layihələri üçün də aktual olacaq.

