Oktyabrın 30-da Azərbaycanda polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 45 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Yenigun.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hesabat günündə ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin edilib.
Axtarışda olan ümumilikdə 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 102 nəfər borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, narkotiklərlə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.
DİN-in məlumatına görə, gün ərzində cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

