Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycan korrupsiyaya qarşı mübarizədə yeni beynəlxalq sənədə qoşuldu

Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addım atıb. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq əməkdaşlıq çərçivəsində qəbul etdiyi Məkkə Konvensiyasını imzalayıb.Sənəd korrupsiyaya qarşı mübarizədə dövlətlər arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi və birgə fəaliyyət imkanları baxımından əhəmiyyət daşıyır.

Yenigun.Media xəbər verir ki, oktyabrın 28-də Azərbaycan rəsmiləri ölkənin konvensiyaya qoşulması ilə bağlı məlumat yayıblar.

Sənədin imzalanması beynəlxalq antikorrupsiya əməkdaşlığında iştirakın genişləndirilməsi baxımından diqqət çəkir.