Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Yenigun.Media xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, TDT çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazirlər, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.