Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanın beynəlxalq “IRS” jurnalı suahili dilində nəşrə başlayıb

Azərbaycanın mədəniyyətini və tarixini beynəlxalq auditoriyaya tanıtmaq məqsədilə 21 dildə yayımlanan “IRS” jurnalının suahili dilində ilk sayı işıq üzü görüb. Yeni nəşr “Irs-Urithi” adı ilə oxuculara təqdim olunub.

Yenigun.Media xəbər verir ki, nəşr Şərqi Afrikada suahili dilində danışan geniş auditoriyaya hesablanıb. Jurnalın yeni buraxılışında Azərbaycan haqqında tarixi, mədəni və ictimai məlumatlarla yanaşı, ölkənin Afrika ilə əlaqələrinə dair mövzular da yer alıb.Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

İlk sayda Keniya-Azərbaycan əməkdaşlığı, şəhərsalma və şəhərlərin inkişafı, eləcə də Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinə dair materiallar təqdim edilib.

Nəşrin suahili dilində hazırlanması Azərbaycan haqqında məlumatların Şərqi Afrika ölkələrində daha geniş oxucu kütləsinə çatdırılması baxımından yeni imkan kimi qiymətləndirilir.

“Irs-Urithi” jurnalının ilk sayının üz qabığında isə Bakının müasir memarlıq rəmzlərindən biri olan Alov qüllələri təsvir edilib.