Əsas məzmuna keç
22 Avqust 2026, Şənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Azərbaycan–Özbəkistan əlaqələri yeni mərhələyə qədəm qoyur – deputat

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq iqtisadi münasibətlərin sürətli inkişafına da ciddi təkan verib.

Yenigun.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkədə paylaşdığı yazıda bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki ölkə arasında əməkdaşlığın yalnız siyasi münasibətlərlə məhdudlaşmadığı vurğulanıb. İqtisadiyyat, investisiya, sənaye, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq getdikcə genişlənir.

Vüqar Bayramovun sözlərinə görə, son illərdə iki ölkə arasındakı ticarət dövriyyəsində ciddi artım müşahidə olunur. 2023-cü ildə 178 milyon dollar təşkil edən ticarət dövriyyəsi 2024-cü ildə 252 milyon dollara, 2025-ci ildə isə 795 milyon dollara yüksəlib.

Beləliklə, ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 3,2 dəfə artıb. 2025-ci ildə Azərbaycanın Özbəkistandan idxalının həcmi 719 milyon dollar təşkil edib.

Deputat vurğulayıb ki, hazırda Özbəkistan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Özbəkistan türk dövlətləri arasında Türkiyədən sonra Azərbaycanın ikinci, MDB məkanında isə ikinci ən böyük ticarət tərəfdaşıdır.

Bayramov qarşılıqlı investisiyaların da əlaqələrin dərinləşməsində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, üç il əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkədə müxtəlif layihələrin maliyyələşdirilməsinə töhfə verir.

Deputat hesab edir ki, dövlət başçıları arasında formalaşan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsində xüsusi əhəmiyyət daşıyır.

Mənbə: Milli Məclisin deputatı Vüqar Bayramovun sosial şəbəkə paylaşımı.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600