“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb.
Yenigun.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Sənədə əsasən, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunmasını, bərpasını və elmi əsaslarla tədqiqini, habelə arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu (bundan sonra – Qoruq) elan edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində qoruğun əsasnaməsini təsdiq etməlidir.
Eyni zamanda qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməli, oruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qoruğun idarə olunmasını təmin etməlidir.
Eyni zamanda bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

