Əsas məzmuna keç
03 Oktyabr 2026, Şənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Bakcell-dən şikayət: “Pulsuz WhatsApp”ın 1 GB limiti narazılıq yaratdı

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bakcell-in GO 11.99 tarifinin şərtləri ilə bağlı müştəri narazılığı yaranıb.

Yenigun.Media xəbər verir ki, bu barədə “Şikayətin var” səhifəsində Leyla Hüseynova adlı istifadəçi paylaşım edib.

Şikayətçinin sözlərinə görə, tarif təqdim edilərkən “Pulsuz WhatsApp yazışma” ifadəsindən istifadə olunub. O, bu məlumatı əsas götürərək tarifə keçdiyini, lakin 28 günlük tarif müddəti başa çatmamış WhatsApp üçün ayrılmış 1 GB internet paketinin bitməsi barədə SMS aldığını bildirib.

Şikayətçi hesab edir ki, WhatsApp istifadəsinə 1 GB limit qoyulursa, bu məlumat tarifin reklamında daha aydın şəkildə göstərilməlidir:

“O zaman niyə bunu sadəcə ‘1 GB WhatsApp’ kimi yazmırsınız? ‘28 gün pulsuz WhatsApp’ ifadəsi istifadəçidə tamamilə başqa gözlənti yaradır”.

Leyla Hüseynova həmçinin bildirib ki, tarif müddəti başa çatmasa da, reklamda “pulsuz” təqdim olunan WhatsApp xidmətinin müəyyən internet limitindən sonra dayandırılması istehlakçıda narazılıq yaradır.

Şikayətçi Bakcell-dən tarifin təqdimatında istifadə olunan “pulsuz WhatsApp” ifadəsinin və tətbiq edilən 1 GB limitinin aydın şəkildə izah olunmasını tələb edib.

Məsələ ilə bağlı Bakcell-in mövqeyini dərc etməyə hazırıq.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600