Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ikitəkərli nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Yenigun.Media-ya bildirilib ki, həyata keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarına əməl olunmasına xüsusi diqqət yetirilir.
İkitəkərli nəqliyyat vasitələrindən istifadə edən şəxslərin, eləcə də piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər gücləndirilir, qayda pozuntularının qarşısının alınması istiqamətində müvafiq işlər görülür.
DYP sürücüləri, motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri, həmçinin piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
Məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması və paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.

