Əsas məzmuna keç
25 Avqust 2026, Çərşənbə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Bakıda Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

YENİGÜN.MEDİAREKLAM728 × 90

Avqustun 21-dən 28-dək Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.

Yenigun.Media xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.

Sərginin açılış mərasimi avqustun 21-də baş tutacaq.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov çıxış edəcəklər.

Sərgidə Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yol əks etdiriləcək.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600