Əsas məzmuna keç
27 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Bakıda estetik mərkəzdə yoxlama: Ciddi qanun pozuntuları üzə çıxdı

YENİGÜN.MEDİAREKLAM728 × 90

Bakıda fəaliyyət göstərən “Vefa Esthetic Center” MMC-yə məxsus tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.

Yenigun.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Yoxlama nəticəsində “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49.1-ci maddəsinin pozulduğu müəyyən edilib. Özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, xüsusilə “kosmetologiya” işi üzrə həkimin qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.

Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı məlum olub. Ambulator pasiyentlərin qeydiyyatının “Av Medical” proqramı üzrə həyata keçirilməsi ilə “Özəl tibb fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin pozulduğu üzə çıxıb.

Yoxlama zamanı “Dərman vasitələri haqqında” Qanunun 4.8 və 6.1-ci maddələrinin də pozulduğu, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələri, lisenziyada göstərilən işlərdən kənar fəaliyyət faktı müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə “endokrinoloq” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.

Analitik Ekspertiza Mərkəzi “Vefa Esthetic Center” MMC barəsində inzibati tənbeh tədbirləri seçilib, İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600