Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Binəqədidə yaşıllıq ərazi obyekt tikintisinə qurban verilib – VİDEO

Binəqədi rayonunun mərkəzi hissəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. 

Yenigun.Media xəbər verir ki, sakinlərin məlumata görə, bir müddət əvvəl hasara alınan ərazidəki yaşıllıqlar məhv edilib, daha sonra isə həmin sahədə dəmir konstruksiyalardan ibarət obyekt inşa olunmağa başlanıb.

Sakinlər iddia edirlər ki, ərazidəki kiçik ağaclar gecə saatlarında kəsilib, böyük ağaclardan biri isə saxlanılsa da, gövdəsi tikilinin daxilində qalıb. Onların sözlərinə görə, son vaxtlar Binəqədi rayonunda bu cür halların artmasına baxmayaraq, rayon İcra Hakimiyyəti baş verənlərə göz yumur.

Qeyd edək ki, Binəqədi rayon icra başçısı Elxan Allahverdiyevdir.

Yenigun.Media məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.