Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Bu gün general olan hərbçilər kimlərdir? (FOTO)

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Yenigun.Media-nın məlumatına görə, Sərəncamla “general-leytenant” hərbi rütbəsi verilən Zaur Zeynalabdul oğlu Rüstəmovnazirliyin Hərbi Hava Qüvvələrinin komandanının müavini – Hava Döyüş komandiridir.

“General-mayor” hərbi rütbəsi verilən polkovnik Elnur Əli oğlu Ələsgərli​ Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun rektorudur.

“General-mayor” hərbi rütbəsinə layiq görülən digər hərbçi Hikmət Rövşən oğlu Əliyev Hərbi Hava Qüvvələrində rəhbər vəzifələrdən birini tutur.

Yüksək rütbə verilən polkovnik Telman Əsgər oğlu Hüseynov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışır.