Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Çində süni intellekt köpüyü partladı: Bazar 480 milyard dollar itirdi

Çində süni intellekt və yarımkeçirici şirkətlərinin səhmlərində kəskin ucuzlaşma qeydə alınıb.

Yenigün.Media xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Çinin materik hissəsində süni intellekt və yarımkeçirici şirkətlərini əhatə edən STAR50 indeksi dörd aydan az müddətdə 40% geriləyib. Bu müddətdə bazar kapitallaşması təxminən 480 milyard dollar azalıb.

Pekinli fond meneceri Donq Baozen bildirib ki, fond bazarı həddindən artıq spekulyativ xarakter alıb və hazırda köpüyün partlaması müşahidə olunur.

Rəqəmsal Dünya Rəqəmsal Platformalar Birliyinin sədri Valeri Korneev də daha əvvəl süni intellektə yatırılan investisiyaları klassik maliyyə köpüyü adlandırıb.