Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

COP31-də Azərbaycan və Özbəkistan arasında ekoloji əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

COP31 çərçivəsində Antalyada Azərbaycan və Özbəkistan arasında ətraf mühitin mühafizəsi və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Yenigun.Media xəbər verir ki, görüş Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və Özbəkistan Respublikası Prezidentinin ekologiya məsələləri üzrə müşaviri, Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Aziz Abduxakimov arasında baş tutub.

Görüş zamanı ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, tullantıların idarə olunması və Xəzər dənizinin dəniz mühitinin mühafizəsi istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Tərəflər qeyd olunan sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Özbəkistan tərəfi Azərbaycan nümayəndə heyətinə 2027-ci ilin iyun ayında ölkədə keçirilməsi planlaşdırılan Eco Expo tədbiri barədə məlumat verib.

Görüş iki ölkə arasında ekoloji məsələlər üzrə təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.