Milli Məclisin deputatı Vüqar İskəndərov Hörmüz boğazında yaranan vəziyyətin regional və qlobal nəqliyyat marşrutlarına təsirlərini dəyərləndirib.
Yenigun.Media xəbər verir ki, deputat gəmi hərəkətinin azalmasının Körfəz ölkələrini alternativ ixrac marşrutlarına daha çox diqqət yetirməyə sövq etdiyini bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Hörmüzdən yan keçən Şərq–Qərb neft kəmərinə yenidən xüsusi əhəmiyyət verməsi alternativ marşrutların strateji rolunu göstərir.
Vüqar İskəndərov hesab edir ki, belə proseslər Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini də artırır.
“Hörmüzün başına gələnlər Orta Dəhlizin də siyasi qiymətini artırır. Azərbaycanın üstünlüyü yalnız coğrafiyasında deyil, böhran zamanı alternativ yol təqdim edə bilməsindədir”, – deyə deputat vurğulayıb.

