Sentyabrın 18-də Azərbaycanda polis əməkdaşları tərəfindən cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilib.
Yenigun.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Onlardan 138 nəfər borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 20 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunmaları üçün aidiyyəti üzrə təhvil verilib.
Yenigun.Media

